Millimizin üzvü Polşa klubunu tərk edir?

Hazırda oxunan: Millimizin üzvü Polşa klubunu tərk edir?

Millimizin üzvü Polşa klubunu tərk edir? Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov yaxın günlərdə klubsuz qala bilər. Bizim.Media xəbər verir ki, 29 yaşlı müdafiəçinin müqavilə ilə məxsus olduğu LKS onunla vidalaşmaq variantını nəzərdən keçirir. Rahil Məmmədovun LKS klubundan ayrılma ehtimalı haqqında ətraflı məlumat.
200302

Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov yaxın günlərdə klubsuz qala bilər. 

Bizim.Media xəbər verir ki, 29 yaşlı müdafiəçinin müqavilə ilə məxsus olduğu LKS onunla vidalaşmaq variantını nəzərdən keçirir. 

Polşa klubu neçə vaxtdır yolunu gözlədiyi Məmmədovla müqaviləyə birtərəfli qaydada xitam vermək niyyətindədir. Buna səbəb müdafiəçinin Lodz təmsilçisi ilə əlaqələri kəsməsidir. Məsələ ondadır ki, Rahil transferə çıxarılmasa da, klub rəhbərliyi ona özünə yeni komanda axtarmağa icazə verib. Lakin istirahət dövrü bitsə də, LKS futbolçunu tapa bilmir. 
Məmmədov klubun təlim-məşq toplanışına qatılmayıb və bu barədə polşalıları məlumatlandırmayıb.

Altı ay ərzində ən azı üç məşqi buraxdığı və bununla bağlı heç bir yazılı izahat vermədiyi üçün LKS müqaviləni pozmaq hüququna malikdir. Klub rəhbərliyi bununla bağlı yekun qərarını yaxın günlərdə verməyi planlaşdırır. 

Qeyd edək ki, Rahil bu ilin yanvarında “Qarabağ”dan LKS-ə transfer olunub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin