Avarçəkənlərimiz Avstriyada 5 medal qazanıb

Hazırda oxunan: Avarçəkənlərimiz Avstriyada 5 medal qazanıb

Avarçəkənlərimiz Avstriyada 5 medal qazanıb. Azərbaycan avarçəkənləri Avstriyanın paytaxtı Vyanada təşkil olunan ənənəvi beynəlxalq Vyana Reqatası'nda 5 medal qazanıblar. Böyüklər arasında Bəhmən Nəsiri qızıl medalla, Murad Sadıxov bronz medalla, Ziya Məmmədzadə gümüş medallaəldə ediblər. Gənclər arasında Nurlan Paşayev birinci olub, yeniyetmələr arasında Azər İlyasov bürünc medal qazanıb.
200005

Azərbaycan avarçəkənləri Avstriyanın paytaxtı Vyanada təşkil olunan ənənəvi beynəlxalq “Vyana Reqatası”nda 5 medal qazanıblar.

Bizim.Media Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 120-ci dəfə təşkil olunan reqatada iştirak edən Azərbaycan avarçəkənləri 2 qızıl, 1 gümüş, 2 bürünc medal əldə ediblər.

Böyüklər arasında akademik avarçəkmə üzrə yığmamızın lideri Bəhmən Nəsiri 2000 metr məsafəyə yürüşdə A finalında qızıl medala sahib olub. Murad Sadıxov üçüncü yer tutub. Eyni məsafədə yüngül çəkidə mübarizə aparan Ziya Məmmədzadə A finalında finişi ikinci keçib.

Gənclər arasında Nurlan Paşayev 2000 metr məsafədə A finalında birinci olub. Yeniyetmələr arasında bir nəfərlik qayıqda 1500 metr məsafəyə yürüşdə Azər İlyasov A finalında bürünc medal qazanıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin