Azərbaycanlı futbolçu Ukrayna klubundan ayrıldı

Hazırda oxunan: Azərbaycanlı futbolçu Ukrayna klubundan ayrıldı

199984

Azərbaycanın U-21 yığmasının sabiq üzvü Dmitri Nağıyev klubsuz qalıb.

Bizim.Media xəbər verir ki, müdafiəçi “Obolon”dan ayrılıb. Nağıyev Kiyev təmsilçisinin heyətində qalmayıb.

Onun Ukrayna klubu ilə müqavilə müddəti başa çatıb və “Obolon” onunla yoluna davam etməyib. 28 yaşlı futbolçu “Dnepr”, “Qarabağ Vyana”, “Sumqayıt”, “Kova da Piedadi”, “Stumbras”, “Dinamo-Avto”, “İnqulets” komandalarında oynayıb.

Nağıyevin yeni sezona hansı komandada başlayacağı yaxın vaxtlarda dəqiqləşəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin