UEFA Albaniyanı üçüncü dəfə CƏZALANDIRDI

Hazırda oxunan: UEFA Albaniyanı üçüncü dəfə CƏZALANDIRDI

199388

UEFA Albaniya Futbol Federasiyasını növbəti dəfə cərimələyib.

Bizim.Media xəbər verir ki, buna səbəb yenə azarkeşlərin davranışı olub.

Avro-2024-ün 3-cü turunda İspaniya ilə oyunda alban azarkeşlər meydançaya yad əşyalar atıb, qəbuledilməz mesajlar yayıb, və fakel yandırıblar. UEFA-nın buna görə cəriməsi 86 500 avro olub.
Albaniya Futbol Federasiyası ümumilikdə 171,375 avro xərcə düşüb. UEFA Albaniyaya qrup mərhələsində İtaliya ilə görüşə görə 37,375, Xorvatiya ilə qarşılaşmaya görə 47,500 avro pul cəzası kəsib.

Qeyd edək ki, qrup mərhələsində 1 xal toplayan Albaniya yığması sonuncu yeri tutub

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin