Mahir Şükürov AFFA-nı “topa tutdu”: “Futbolu bilənlər kənarda qalıblar…” 

Hazırda oxunan: Mahir Şükürov AFFA-nı “topa tutdu”: “Futbolu bilənlər kənarda qalıblar…” 

199267

Xəbər verdiyimiz kimi, futbol üzrə Türkiyə Milli Komandası 2024-cü il Avropa Çempionatı (AVRO 2024) F qrupunun üçüncü oyununda Çexiyanı 2:1 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib. Portuqaliya isə qonşu Gürcüstanla qarşılaşıb və gürcülər bu matçda gözlənilməz qələbə qazanmaqla qrup üçüncüsü kimi 1/8 finala adlayıb. 

Bəs, Azərbaycan millisi niyə Avropa çempionatına gedə bilmir? 

Bizim.Media-nın məlumatına görə, mövzu ilə bağlı demokrat.az-a açıqlamasında tanınmış futbolçu Mahir Şükürov bildirib ki, Türkiyə Milli Komandasının oyununu elə də qənaətbəxş deyildi: 

“Mən Türkiyə millisinin oyununu 100 faiz bəyəndiyimi deməzdim. Deyirlər 10 nəfərə qalanda komanda həmişə yaxşı oynayır. Düzdür, dünən Çexiya 10 nəfərə qalandan sonra Türkiyə çox yaxşı oynadı. Portuqaliya oyunundan sonra istər türk mediasında, istərsə də bizim mediada bir az Türkiyə komandasını tənqid etdilər. Həm Türkiyə futbolçularını, həm məşqçilərini, həm də Arda Gülər məsələsini müzakirə etdilər. Amma məşqdə olan prosesleri çox adam görmür. Ona görə də Çexiya ilə oyuna ciddi yanaşmışdılar. Dünən çox sevindirici bir hal idi. Əslində, dünən Türkiyə komandası yaxşı oynamadı, amma əsas odur ki, qələbə qazandı və 1/8-ə çıxdı. Buna görə Türkiyə komandasını təbrik etmək lazımdır. Biri var yaxşı oynaya uduza, biri də var yaxşı oynamayıb uda. Dünən yaxşı oynayıb uduzsaydı, heç kəs deməyəcəkdi ki, yaxşı oynadı uduzdu. Ona görə əsas odur ki, komanda 1/8-ə çıxdı. Verdikləri sözü tutdular. Ona görə də qardaş ölkəni təbrik edirəm”.

Mahir Şükürov qeyd edib ki, Azərbaycanda istedadlar qalıb kənarda, amma futbola aidiyyatı olmayanlar futbolun içindədir, ona görə də bu gündəyik: 

“Azərbaycan millisi niyə Avropa çempionatına gedə bilmir? sualına gəlincə isə məsələn, qonşu Gürcüstanda işləyənlər futbolu bilənlərdir. Amma bizdə futboldan anlayışı olmayanlar və futboldan uzaq olan insanlar işləyirlər. Futbolu bilənlər isə kənarda qalıblar. Biri gətirib qohumunu komandaya salır, digəri də tanışlarını. Bu səbəbdən Gürcüstan qabağa gedir, biz isə geridə qalmışıq. Gürcüstan futbolunda hər futbolçunu demirəm. Amma millinin əsas heyətində uzun illər oyunları olan, Gürcüstan bayrağını Avropada hardasa bir klubda oynayaraq dalğalandıran və sözün əsl mənasında Gürcüstan futboluna xidmət edən futbolçuların bu gün Federasiyada hamısını yerləşdiriblər. Onlar da gənc kadrlar, hamısı canla-başla əl-ələ verib işləyirlər. Bu gün də bəhrəsini görürlər. Bu səbəbdən bir müddət keçəndən sonra yenə hamımız “Niyə belə oldu? Niyə elə oldu?” deyəcəyik”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin