Süni intellektin PROQNOZU: Avropa Çempionatının bugünkü oyunlarında nəticələr necə olacaq? – VİDEO 

Hazırda oxunan: Süni intellektin PROQNOZU: Avropa Çempionatının bugünkü oyunlarında nəticələr necə olacaq? – VİDEO 

Avropa Çempionatında futbol oyunlarının bugünkü nəticələri ilə bağlı süni intellektin proqnozları. Slovakiya-Ukrayna, Polşa-Avstriya, Niderland-Fransa görüşləri ilə bağlı proqnozlar və məsələnin təhlili.

198352

Süni intellekt tətbiqi “ChatGPT” futbol üzrə Avropa Çempionatında qrup mərhələsinin II turu çərçivəsində bu gün keçiriləcək oyunların nəticələri ilə bağlı təxminlər irəli sürüb.

“ChatGPT” Bizim.Media-nın sorğusuna cavab olaraq, sözügedən görüşlərlə bağlı maraqlı proqnozlar verib. 

Süni intellektin proqnozuna görə, E qrupu çərçivəsində bu gün saat 17.00-da başlayacaq Slovakiya-Ukrayna qarşılaşması 2-1 hesabı ilə başa çatacaq. Almaniyanın Düsseldorf şəhərində yerləşən “Esprit Arena”da oynanılacaq görüşü ingiltərəli baş hakim Maykl Oliver idarə edəcək. 


“ChatGPT”-nin təxmininə görə günün ikinci matçında Polşa Avstriyanı 2-1 hesabı ilə məğlub edəcək. D qrupu çərçivəsində oynanılacaq bu görüş saat 20.00-da start götürəcək. Berlin Olimpiya Stadionunda keçiriləcək oyunu türkiyəli baş hakim Halil Umut Meler idarə edəcək.
 


Günün maraqla gözlənilən Niderland-Fransa oyunu ilə bağlı süni intellektin təxmini isə daha çox diqqət çəkib. Belə ki, “ChatGPT” saat 23.00-da start götürəcək oyunda Niderlandın Fransanı 2-0 hesabı ilə məğlub edəcəyini proqnozlaşdırır. Leyptsiq şəhərindəki “Red Bull Arena” stadionunda keçiriləcək oyunu ingiltərəli baş hakim Entoni Teylor idarə edəcək. 
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin