AVRO-2024: Xorvatiya - Albaniya matçında üçüncü qol vurulub - YENİLƏNİB 

Hazırda oxunan: AVRO-2024: Xorvatiya - Albaniya matçında üçüncü qol vurulub - YENİLƏNİB 

198016

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun Xorvatiya - Albaniya matçında hesab növbəti dəfə dəyişib.

Bizim.Media xəbər verir ki, albanların heyətində Klaus Qyasulya 76-cı dəqiqədə avtoqol müəllifi olub.

Bununla da Xorvaiya yığması 2:1 hesabı ilə önə keçib.

***

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun Xorvatiya - Albaniya matçında hesab bərabərləşib.

Bizim.Media xəbər verir ki, 74-cü dəqiqədə Andrey Kramariç albanların qapısında yol tapıb - 1:1.

Qarşılaşma davam edir.

***

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun Xorvatiya - Albaniya matçında ikinci hissə start götürüb.

Bizim.Media xəbər verir ki, albanlar fasilədən sonra 1:0 hesablı ilə öndədirlər.

Yeganə qolu 11-ci dəqiqədə Kyazim Laçi xorvatların qapısından keçirib.

***

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun Xorvatiya - Albaniya matçında ilk hissə yekunlaşıb.

Bizim.Media xəbər verir ki, albanlar fasiləyə 1:0 hesablı üstünlüklə yollanıblar.

Yeganə qolu 11-ci dəqiqədə Kyazim Laçi xorvatların qapısından keçirib.

***

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun Xorvatiya - Albaniya matçında hesab açılıb.

Bizim.Media xəbər verir ki, albanlar 11-ci dəqiqədə hesabda önə çıxıb.

Kyazim Laçi adını tabloya yazdırıb.

*** 17:03

Bu gün futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun növbəti görüşləri çərçivəsində Xorvatiya və Albaniya yığmaları üz-üzə gəlir.

Bizim.Media xəbər verir ki, Hamburq şəhərində keçirilən matçı fransalı beynəlxalq dərəcəli baş hakim Fransua Leteksye idarə edir.

Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin