\"Zirə\"nin Avropa Liqasındakı rəqibi müəyyənləşir

Hazırda oxunan: \"Zirə\"nin Avropa Liqasındakı rəqibi müəyyənləşir

197845

Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılacaq. 

Bizim.Media xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə Azərbaycanın bu turnirdəki təmsilçisi "Zirə"nin də rəqibi bəlli olacaq. 

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Səpələnməmişlər səbətində yer alan "Zirə"nin potensial rəqibləri aşağıdakılardır: 

“Şerif” (Moldova) 

“Maribor” (Sloveniya) 

“Tobol” (Qazaxıstan) 

“Visla” (Polşa) 

“Pafos” (Kipr) 

"Pakş” (Macarıstan) 

Rəşad Sadıqovun komandası ilk matçını iyulun 11-i, cavab görüşünü isə iyulun 18-də keçirəcək. Azərbaycanı avrokuboklarda təmsil edəcək digər komandalar - "Qarabağ" (ÇL) və "Sabah"la (KL) "Sumqayıt" (KL) isə mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin püşkü iyunun 19-da atılacaq. Avropa Liqasında da 2-ci mərhələnin püşkatma mərasimi sabah keçiriləcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin