İspaniya polisi "Real Madrid" klubunun oyunçularına, həmçinin "kral klubu"nun azarkeşlərinə qarşı "Santyaqo Bernabeu" stadionunda terror aktı planlayan dəstəyə qarşı uğurlu əməliyyat keçirib.
Bizim.Media "Football-espana.net" saytına istinadən xəbər verir ki, bu barədə informasiyanı İspaniya mətbuatı yayıb.
Mənbə yazır ki, terrorçular hətta hədələyici məzmunlu posterlər hazırlayaraq internet üzərindən "Real Madrid" klubunun futbolçularını və azarkeşlərini hədəfə alıblar.
Qeyd olunur ki, əməliyyat İspaniyanın Kataloniya əyalətində, həmçinin Alexisiras və Tenerife şəhərlərində aparılıb.
Əməliyyat nəticəsində doqquz nəfər şübhəli şəxs qismində saxlanılıb. Saxlanılan şəxslərin İŞİD qruplaşması ilə əlaqələri olduğu müəyyən edilib.
Bizim.Media
- A-
- A
- A+
İdman
15:40 / 17.06.2024
"Real Madrid"in oyunçularına qarşı terror hazırlayanlar TUTULDU
Hazırda oxunan: "Real Madrid"in oyunçularına qarşı terror hazırlayanlar TUTULDU
Hazırda oxunan: "Real Madrid"in oyunçularına qarşı terror hazırlayanlar TUTULDU
"Real Madrid"in oyunçularına qarşı terror hazırlayanlar TUTULDU. İspaniya polisi "Real Madrid" klubunun oyunçularına, həmçinin "kral klubu"nun azarkeşlərinə qarşı "Santyaqo Bernabeu" stadionunda terror aktı planlayan dəstəyə qarşı uğurlu əməliyyat keçirib.
197720
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.