Atletimiz Avropa birinciliyinin qalibi oldu

Hazırda oxunan: Atletimiz Avropa birinciliyinin qalibi oldu

197623

15-24 iyun tarixlərində Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyinə start verilib. 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının iştirak etdiyi yarışa Azərbaycan yığması da qatılıb.

Bizim.Media xəbər verir ki, bu gün onlardan daha ikisi – Əbdülhüseyn Hüseynov və Kamran Xappayev körpücük üzərinə çıxıblar. Onlar yaşı 15-ə qədər olan atletlər arasında 61 kq çəki dərəcəsində qüvvələrini sınayıblar.

Əbdülhüseyn toplam 207 kq (95+112) nəticə ilə yekun sıralamada 6-cı yeri tutub.

Kamran Xappayev isə daha uğurlu çıxış edib. Atletimiz birdən qaldırma hərəkətində 102 kq çəkini başı üzərinə qaldıraraq bu hərəkətdə Avropa birinciliyinin qalibi olub.

O, eynu uğura təkanla qaldırma hərəkətində nail olub. 125 kq-ı ram edən idmançı yenə də rəqiblərini qabaqlayaraq qızıl medala sahib çıxıb.

Kamran Xappayev toplam 227 kq (102+125) nəticə ilə yekun sıralamada da hər kəsi qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin