Milli komandamız Dünya və Avropa rekordlarını YENİLƏDİ - FOTO

Hazırda oxunan: Milli komandamız Dünya və Avropa rekordlarını YENİLƏDİ - FOTO

Milli komandamız Dünya və Avropa rekordlarını YENİLƏDİ/FOTO Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən 2024-cü il Dünya Kuboku uğrunda yarışlarda WRPF Azərbaycan yığma komandası da iştirak edib. 28 ölkədən gəlmiş 1300-dən çox idmançının qatıldığı yarışda Azərbaycan idmançıları komanda hesabında 3-cü yerə sahib olub.

197128

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən 2024- cü il Dünya Kuboku uğrunda yarışlarda WRPF Azərbaycan yığma komandası da iştirak edib. 28 ölkədən gəlmiş 1300-dən çox idmançının qatıldığı yarışda Azərbaycan idmançıları komanda hesabında 3-cü yerə sahib olub.

Bizim.Media xəbər verir ki, bu barədə komandanın rəhbəri, dəfələrlə Avropa və Dünya cempionu olmuş, əməkdar idman ustası Vüqar Namazov Bizimyol.info saytına məlumat verib.



Vüqar Namazov özü açıq yaş qrupunda və Master (40-49) yaş qruplarında 1-ci yerə layiq görülüb və Master kateqoriyasında 300 kq-la Dünya və Avropa Rekordunu yeniləyib.



Komandanın üzvü Ramil Əhmədov Pauerliftinq idman növü üzrə ümumillikdə 790 kq edərək 2-ci yerə, ikinövçülük üzrə ümumi 500 kq edərək 1-ci yerə layiq görülüb.

Gənclər kateqoriyasında çıxış edən komandanın digər üzvü İlkin Namazov Pauerliftinq idman növü üzrə ümumilikdə 625 kq edərək 2-ci yerə layiq çıxıb, ikinövçülük üzrə 435 kq edərək hər iki hərəkətdə Dünya və Avropa rekordunu yeniləyib və 1-ci yeri qazanıb. Ayrılıqda Deadlift hərəkəti üzrə 265 kq edərək dünya rekordunu yeniləyib və 1-ci yeri əldə edib. İlkin Namazov həmçinin bench-press hərəkətində 170 kq edərək 1-ci yerə nail olub. Ümumillikdə 3 qızıl, 1 gümüş medal və 8 rekord ilə yarışı başa vurub.

Gənlər kateqoriyasının üzvü olan digər idmançı Toğrul Əmirli Pauerliftinq idman növü üzrə 510 kq edərək 1-ci yeri, Deadlift hərəkətində 205 kq edərək yenə 1-ci yeri qazanıb.
Başqa bir gənc idmançımız Qəzənfər Qarayev Bench-press hərəkətində 152.5 kq edərək 1-ci yeri qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin