6-10 iyun 2024-cü il tarixlərində Bosniya və Herseqovinanın Sarayevo şəhərində Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılğı ilə veteran cüdoçular arasında Avropa çempionatı keçirilib.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, turnirdə Avropanın 35 müxtəlif ölkəsindən 800-ə yaxın idmançı iştirak edərək əzmkar mübarizə aparıb.
Çempionatda çıxış edən veteranlardan ibarət Azərbaycan cüdo milli yığma komandasının üzvü və FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşı, daxili xidmət baş çavuşu Vüqar Babayev -66kq çəki dərəcəsində 3 döyüş keçirib, bütün rəqiblərinə qalib gələrək çempionatın qızıl medalının sahibi olub.
Qeyd edək ki, Vüqar Babayev cüdo üzrə üçqat dünya, dördqat Avropa, beynəlxalq turnirlərin
qalibi və mükafatçısıdır.13 iyun 2024-cü il tarixində FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev idmançı ilə görüşərək qazandığı qələbəyə görə təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
16:43 / 13.06.2024
İdmançımız Avropa çempionatının qalibi oldu - FOTO
Hazırda oxunan: İdmançımız Avropa çempionatının qalibi oldu - FOTO
Hazırda oxunan: İdmançımız Avropa çempionatının qalibi oldu - FOTO
İdmançımız Avropa çempionatının qalibi oldu - FOTO 6-10 iyun 2024-cü il tarixlərində Bosniya və Herseqovinanın Sarayevo şəhərində Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılğı ilə veteran cüdoçular arasında Avropa çempionatı keçirilib.
197126
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.