Avropa çempionatlarında ən çox xal toplayan milli komandalar - SİYAHI

Hazırda oxunan: Avropa çempionatlarında ən çox xal toplayan milli komandalar - SİYAHI

Avropa çempionatlarında ən çox xal toplayan milli komandalar siyahısı. Almaniya, İtaliya və İspaniya ən yaxşı nəticələri əldə edən millilər arasındadır. Avro-2024-ün favoritləri arasında hansı milli komandalar var?

196919

Futbol üzrə Avropa çempionatlarının final mərhələsində indiyədək ən çox xal toplayan milli komanda bəlli olub.

Bizim.Media xəbər verir ki, 20 kollektivin yer aldığı siyahıya Almaniya millisi başçılıq edir. 1960-cı ildən bəri qitə çempionatlarında 53 matç keçirən yığmanın aktivində 94 xal var.

Son Avropa çempionu İtaliya 45 görüşdə 81 xalla ikinci, Avro-2024-ün favoritlərindən hesab edilən İspaniya seçməsi isə 46 oyunda 78 xalla üçüncü pillədə qərarlaşıb.

Avropa çempionatında indiyədək ən çox xal toplayan ölkələr

1. Almaniya - 53 oyun, 94 xal

2. İtaliya - 45 oyun, 81 xal

3. İspaniya - 46 oyun, 78 xal

4. Fransa - 43 oyun, 75 xal

5. Niderland - 39 oyun, 68 xal

6. Portuqaliya - 39 oyun, 67 xal

7. İngiltərə - 38 oyun, 58 xal

8. Çexiya - 37 oyun, 52 xal

9. Rusiya - 36 oyun, 46 xal

10. Danimarka - 33 oyun, 36 xal

11. Belçika - 22 oyun, 35 xal

12. Xorvatiya - 22 oyun, 33 xal

13. İsveç - 24 oyun, 28 xal

14. Slovakiya - 15 oyun, 19 xal

15. Yunanıstan - 16 oyun, 18 xal

16. İsveçrə - 18 oyun, 17 xal

17. Şotlandiya - 10 oyun, 16 xal

18. Türkiyə - 18 oyun, 14 xal

19. Polşa - 14 oyun, 13 xal

20. Serbiya - 14 oyun, 11 xal

Qeyd edək ki, Avro-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada təşkil olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin