Avropa çempionatı: Azərbaycanın daha bir atleti mübarizəni dayandırdı

Hazırda oxunan: Avropa çempionatı: Azərbaycanın daha bir atleti mübarizəni dayandırdı

Azərbaycanın daha bir atleti, Nazim Babayev, İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında çıxış edib. Babayev təsnifat mərhələsində 6.92 metr nəticə göstərib və finala yüksəlməyə muvafiq olmayıb.

196288

Azərbaycanın daha bir atleti Nazim Babayev İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında çıxış edib.

Bizim.Media xəbər verir ki, uzunluğaa tullanma növündə yarışan 26 yaşlı idmançı təsnifat mərhələsində 6.92 metr nəticə göstərib.

Bu, Babayevin finala vəsiqə qazanmasına kifayət etməyib. Daha əvvəl üç təkanla tullanmada Yekaterina Sarıyeva 12.93 metr nəticə ilə təsnifat mərhələsində mübarizəni dayandırmışdı.

Qeyd edək ki, Avropa çempionatı iyunun 12-də başa çatacaq. Azərbaycan təmsilçilərindən Anna Skidan (çəkic atma) və Aleksis Kopello (üç təkanla tullanma) iyunun 9-da çıxış edəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin