“Qalatasaray” Okan Burukla müqaviləni UZATDI

Hazırda oxunan: “Qalatasaray” Okan Burukla müqaviləni UZATDI

Qalatasaray rəhbərliyi klubla müqaviləsi başa çatan Okan Burukla yeni anlaşma imzaladı. Mütəxəssisin maaşı ilə bağlı detallar bəlli oldu.
196184

"Qalatasaray" rəhbərliyi klubla müqaviləsi başa çatan Okan Burukla bağlı qərar verib. 

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 50 yaşlı mütəxəssislə yola davam edəcək.

Bu gün təcrübəli məşqçi üçün imza mərasimi təşkil olub. Türk mütəxəssislə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. Onun maaşı ilk il üçün 110 milyon TL, növbəti mövsüm üçün isə 140 milyon TL olacaq. 
Qeyd edək ki, Okan Buruk 2022-ci ilin yayından "Qalatasaray"ı çalışdırır. "Sarı-qırmızılar" son iki ildə Türkiyə çempionu olub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin