PSJ-dən ayrılaraq "Real"a keçən Kilyan Mbappe Paris klubunda keçirdiyi vaxtdan daışıb.
Bizim.Media xəbər verir ki, 2017-ci ildən bu mövsümün sonunadək PSJ-də oynayan 25 yaşlı hücumçu bu sözləri deyib:
“PSJ-də bədbəxt olduğumu söyləmək məni müdafiə edən insanların üzünə tüpürmək olardı. Mən həmişə xoşbəxt idim. Amma bir şey məni əsəbləşdirdi. Ancaq mənim lider olduğum üçün bunu göstərə bilmədim. Məni izləyirdilər, ona görə də mümkün qədər pozitiv olmağa çalışdım.
Baş məşqçi, futbolçular və klub işçiləri mənə dəstək oldular. Gəlib hər şeyə tüpürmək və bədbəxt olduğumu söyləmək bir az axmaqlıq olardı”.
Xatırladaq ki, daha əvvəl mətbuatda Mbappenin PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi ilə münaqişəsi olduğu barədə məlumatlar yayılmışdı.
Bizim.Media
- A-
- A
- A+
İdman
03:43 / 05.06.2024
Mbappe: "PSJ-də bir şey məni əsəbiləşdirirdi"
Hazırda oxunan: Mbappe: "PSJ-də bir şey məni əsəbiləşdirirdi"
Hazırda oxunan: Mbappe: "PSJ-də bir şey məni əsəbiləşdirirdi"
195743
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.