Avarçəkənlərimiz Qazaxıstanda 8 medal qazandı – FOTO  

Hazırda oxunan: Avarçəkənlərimiz Qazaxıstanda 8 medal qazandı – FOTO  

195474

İyunun 1-2-də Qazaxıstanın Uralsk şəhərində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş kayak və kanoe üzrə beynəlxalq turnir keçirilib. 

Bizim.Media xəbər verir ki, 5 ölkədən 10-a yaxın komandanın mübarizə apardığı yarışda avarçəkənlərimiz məşqçi Larisa Axundovanın rəhbərliyi altında 2 qızıl, 3 gümüş və 3 bürünc medal əldə ediblər. 

İdmançılarımızdan Cavid Vəlizadə 2 nəfərlik kanoe qayığında 200 metr məsafəyə mübarizədə qızıl, 500 metr məsafəyə yarışda gümüş müdal qazanıb.

Bundan başqa, Cavid 1 nəfərlik kanoe qayığında 200 və 500 metr məsafələrdə də 2-ci nəticə göstərib. Qarışıq komanda yarışında isə idmançımız 500 metr məsafəni 3-cü pillədə bitirib. 
Emil Zeynalov 2 nəfərlik kayak qayığında qarışıq komanda yarışında 500 metr məsafəni 1-ci yerdə tamamlayıb. Vacib Babayek-Şahin İsayev cütlüyü 2 nəfərlik kayak qayığında, Niyaz Məlikov isə 1 nəfərlik kayak qayığında 500 metr məsafədə 3-cü nəticə göstəriblər. 












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin