“Bu yarış ikinci dəfə keçirilir. Birincidən fərqli olaraq, bu dəfə digər türk ölkələrindən olan idmançılar da iştirak edirlər”.
Bizim.Media xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Bakıda ikinci dəfə keçirilən “Üzgüçülük hamı üçün” layihəsinin açılış mərasimindən sonra jurnalistlərə müsahibəsində deyib.
Nazir bildirib ki, gələcəkdə bu yarışda iştirak edəcək ölkələrin sayında artım olacaq:
“Üzgüçülük hamı üçün” layihəsində müxtəlif yaş kateqoriyasından olan idmançılar iştirak edirlər. Bu da sevindirici məqamdır. Çünki insanların sağlamlığı baxımından çox önəm kəsb edir”.
Onun sözlərinə görə, idmanda kütləviliyin artırılması üçün müxtəlif layihələr həyata keçirilir:
“Artıq orta məktəblərdə üzgüçülük idman növünə maraq oyatmaq üçün məşqçilər tərəfindən seçim işləri aparılır. Orada özünü göstərən uşaqlar gələcəkdə əsas yarışlara qatılırlar. Məqsəd gəncləri idmana cəlb etməkdir”.
Yarışda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan və Şimali Kipr Türk Respublikası ölkələrindən müxtəlif yaş kateqoriyasında olan idmançılar iştirak edirlər.
Bizim.Media
- A-
- A
- A+
İdman
17:22 / 02.06.2024
Fərid Qayıbov: “Bu dəfə yarışa digər türk ölkələrindən idmançılar qatılıb”
Hazırda oxunan: Fərid Qayıbov: “Bu dəfə yarışa digər türk ölkələrindən idmançılar qatılıb”
Hazırda oxunan: Fərid Qayıbov: “Bu dəfə yarışa digər türk ölkələrindən idmançılar qatılıb”
195329
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.