“Qalatasaray” Mertensin müqaviləsini UZATDI

Hazırda oxunan: “Qalatasaray” Mertensin müqaviləsini UZATDI

195230

"Qalatasaray" klubla müqaviləsi başa çatan Dris Mertenslə bağlı qərar verib. 

Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi belçikalı hücumçunu daha bir mövsüm komandada saxlayacaq. Bu barədə "TRT Spor" televiziyası məlumat yayıb. 

37 yaşlı forvardla 2024/2025 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb. Yaxın günlərdə bununla bağlı rəsmi açıqlama ediləcək.

Qeyd edək ki, Dris Mertens 2024-cü ilin yayından "Qalatasaray"da çıxış edir. Ulduz futbolçu başa çatan mövsümdə "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 51 rəsmi matçda 12 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin