Türkiyə millisinin üzvü Çağlar Söyüncü sıradan çıxıb.
Bizim.Media xəbər verir ki, “Fənərbaxça”nın müdafiəçisi Superliqanın 38-ci turunun “İstanbulspor”la matçında (6:0) ayaq əzələsindən zədə alıb.
Türkiyə Futbol Federasiyası müqavilə ilə “Atletiko”ya məxsus olan mərkəz müdafiəçisinin millinin Avro-2024 üçün genişləndirilmiş heyətindən çıxarıldığını açıqlayıb. Onun Avropa çempionatında iştirak edib-etməyəcəyi hələlik bilinmir.
Qeyd edək ki, Türkiyə yığması AÇ-2024-də Portuqaliya, Çexiya və Gürcüstanla eyni qrupda mübarizə aparacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
20:47 / 30.05.2024
Çağlar Söyüncü millinin heyətindən çıxarıldı
Hazırda oxunan: Çağlar Söyüncü millinin heyətindən çıxarıldı
Hazırda oxunan: Çağlar Söyüncü millinin heyətindən çıxarıldı
194931
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.