"İrəvan” AFFA-nın Lisenziya Komissiyasının tələblərinə cavab verə bilmədiyinə görə növbəti mövsüm 1-ci Liqada iştirak üçün lisenziya əldə edə bilməyib.
Bizim.Media PFL-in saytına istinadən xəbər verir ki, bunu nəzərə alan Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku, Əvəzedicilər Liqası və I Liqanın 2023/2024 mövsümünün Əsasnaməsini rəhbər tutaraq "İrəvan"ı 1-ci Liqadan kənarlaşdırıb.
MÖVZU İLƏ BAĞLI:
"Səbail" Şahin Diniyevlə yeni müqavilə imzaladı
Nəticədə cari mövsüm 1-ci Liqada sonuncu yeri tutan “Araz Saatlı” qarşıdakı mövsümdə 1-ci Liqada çıxış etmək üçün 2-ci Liqada ikinci olan “Cəbrayıl” komandası ilə pley-off matçlarında qarşılaşacaq.
Qeyd edək ki, "İrəvan" kollektivi 10 gün müddətində verilən qərarla bağlı apellyasiya məhkəməsinə müraciət edə bilər.
Bizim.Media