Tailandın paytaxtı Banqkokda boks üzrə II Dünya Olimpiya Təsnifat Turniri davam edir.
Bizim.Media xəbər verir ki, yarışın beşinci gününün axşam sessiyasında Azərbaycan millisinin daha 2 idmançısı rinqə çıxıb.
Şamil Əsgərov (57 kq) 1/16 final çərçivəsində Rujakran Jantronqla (Tailand) üz-üzə gəlib. Görüş boksçumuzun 3:0 (30:26, 28:28, 30:26, 29:27, 28:28) hesablı qələbəsi ilə başa çatıb. O, üçüncü döyüşündə Kaleb Tiradonu (Puerto-Riko) sınağa çəkəcək. Görüş mayın 30-da olacaq.
Zeynəb Rəhimova da adını 1/8 finala yazdırıb. 54 kq-da çıxış edən boksçumuz ilk döyüşündə İtati Zuletanı (Boliviya) mübarizədən kənarlaşdırıb. O, 5:0 (30:27, 29:28, 30:27, 29:28, 29:28) hesabı ilə qələbə qazanıb. Rəhimova növbəti görüşünü iyunun 1-də Ornella Havyarimanaya (Burundi) qarşı keçirəcək.
Qeyd edək ki, lisenziya turniri iyunun 3-də yekunlaşacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
22:50 / 28.05.2024
Daha iki boksçumuz lisenziya turnirində qələbə QAZANDI
Hazırda oxunan: Daha iki boksçumuz lisenziya turnirində qələbə QAZANDI
Hazırda oxunan: Daha iki boksçumuz lisenziya turnirində qələbə QAZANDI
Azərbaycan boksçuları Şamil Əsgərov və Zeynəb Rəhimova II Dünya Olimpiya Təsnifat Turnirində uğurla çıxış edir. Şamil Əsgərov 1/16 finalda qələbə qazanaraq, 1/8 finala yüksəlir. Zeynəb Rəhimova isə ilk döyüşündə qələbə qazanaraq, növbəti mərhələyə keçir.
194583
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.