Çempionlar Liqası: “Qarabağ”ın bütün potensial rəqibləri MÜƏYYƏNLƏŞDİ

Hazırda oxunan: Çempionlar Liqası: “Qarabağ”ın bütün potensial rəqibləri MÜƏYYƏNLƏŞDİ

194317

"Qarabağ"ın mübarizə aparacağı Çempionlar Liqasının I təsnifat mərhələsində iştirak edəcək bütün komandalar bəlli olub. 

Bizim.Media xəbər verir ki, daha iki ölkədə çempion müəyyənləşib. “Eqnatiya” Albaniyada, “Pünik” Ermənistanda qızıl medal qazanıb. 

Bu, sonuncularla “Balkani”nin səpələnmişlər səbətinə düşməsi ilə nəticələnib. “Eqnatiya” və “Borats” isə “Qarabağ”ın mümkün rəqibləri sırasına düşüb. Qurban Qurbanovun bu mərhələdə ümumilikdə 15 mümkün rəqibi var. Amma Ağdam klubunun yarışa I deyil, II təsnifat mərhələsindən də başlamaq ehtimalı var. Bu, Çempionlar Liqasının cari mövsümünün finalından sonra dəqiqləşəcək.
Çempionlar Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər

"Ferensvaroş" (Macarıstan)

"Qarabağ" (Azərbaycan)

"Slovan" (Slovakiya)

“Lüdoqorets” (Bolqarıstan)

HİK (Finlandiya)

"Flora" (Estoniya)

"Styaua" (Rumıniya)

"Klaksvik" (Farer adaları)

"Şemrok Rovers" (İrlandiya)

“Linkoln” (Cəbəllütariq)

TNS (Uels)

RFS (Latviya)

“Petrokub” (Moldova)

“Balkani” (Kosovo)

“Pünik” (Ermənistan)

Səpələnməmişlər

"Dinamo" (Batumi, Gürcüstan)

"Selye" (Sloveniya)

"Hamrun" (Malta)

"Larne" (Şimali İrlandiya)

"Dinamo" (Minsk, Belarus)

"Panevejis" (Litva)

"Ordabası" (Qazaxıstan)

"Vikinqur" (İslandiya)

“Struqa” (Şimali Makedoniya)

“Differdanj” (Lüksemburq)

“Deçiç” (Monteneqro)

“Santa Koloma” (Andorra)

"Virtus" (San-Marino)

“Borats” (Bosniya və Herseqovina)

“Eqnatiya” (Albaniya)

Qeyd edək ki, I təsnifat mərhələsində 30 komanda mübarizə aparacaq. İlk iki raundun püşkü iyunun 18-19-da atılacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin