Azərbaycanda ilk dəfə “Bakı Sürət Festivalı” keçirildi - FOTO

Hazırda oxunan: Azərbaycanda ilk dəfə “Bakı Sürət Festivalı” keçirildi - FOTO

Azərbaycanda ilk dəfə “Bakı Sürət Festivalı” keçirildi. Festival çərçivəsində avtomobil sərgisi təşkil edilib, drift şousu və Legend Cars Challenge Baku yarışı keçirilib. Festivalın məqsədi avtomobil idmanını populyarlaşdırmaq və avtomobil sənayesində son nailiyyətləri nümayiş etdirməkdir.
194099

Azərbaycan Avtomobil Federasiyasının, “Caspian Event Organisers” və “Bakı Şəhər Halqası” Əməliyyat şirkətlərinin birgə təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Bakı Sürət Festivalı” keçirilib.

Bizim.Media xəbər verir ki, festival çərçivəsində avtomobil sərgisi təşkil edilib. Sərgidə müxtəlif brend avtomobillərin test-drayvı olub.

Ən yaxşı drift pilotlarının ekstremal şəraitdə öz bacarıqlarını və sürücülük məharətlərini göstərdikləri drift şousu festivalın tamaşaçıları tərəfindən maraqla qarşılanıb. Onlar avtomobil sənayesinin aparıcı istehsalçılarının ən son yeniliklərini kəşf etmək imkanı qazanıblar.

Tədbirdə bütün dünyada çoxsaylı pərəstişkarları cəlb edən dinamik yürüşləri ilə tanınan “Legend Cars Challenge Baku” yarışı da keçirilib. Yarışda 1930-1940-cı illərin klassik ABŞ üslubunda hazırlanmış avtomobillərdən istifadə olunub. Güclü “Yamaha” motosiklet mühərrikləri ilə təchiz edilmiş bu avtomobillər sürətli və manevr qabiliyyəti ilə seçilir.

İdman üslubunda hazırlanmış klassik avtomobillərin xüsusi quraşdırılmış trasda yarışı olub. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən “Legend Cars Challenge Baku” yarışının qalibi Elçin Həsənov olub. Murad Həsənov ikinci, Gülhüseyn Abdullayev isə üçüncü yeri tutublar.

Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Mükafatları qaliblərə Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev və Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev təqdim ediblər.
Qeyd edək ki, festivalın məqsədi regionda avtomobil idmanını populyarlaşdırmaq, eləcə də avtomobil sənayesində son nailiyyətləri nümayiş etdirmək üçün platforma yaratmaqdır.


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin