Xorvatiya kubokunun qalibi müəyyənləşib.
Bizim.Media xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su həlledici oyunda “Riyeka” ilə qarşılaşıb.
Zaqrebdə keçirilmiş ilk oyunda qol vura bilməyən “Dinamo” səfərdə 3:1 hesabıyla qalib gəlməklə növbəti tituluna sahib çıxıb.
Mahir bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
Xatırladaq ki, bu, “Dinamo”nun Xorvatiya kubokunda 16-cı zəfəridir.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
12:18 / 23.05.2024
Mahir Emreli Xorvatiya kubokunun QALİBİ OLDU
Hazırda oxunan: Mahir Emreli Xorvatiya kubokunun QALİBİ OLDU
Hazırda oxunan: Mahir Emreli Xorvatiya kubokunun QALİBİ OLDU
193625
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.