Renat oynadı, komandası "Beşiktaş"dan xal aldı

Hazırda oxunan: Renat oynadı, komandası "Beşiktaş"dan xal aldı

192816

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” Türkiyə Superliqasında 37-ci turun oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, komanda səfərdə “Beşiktaş”la üz-üzə gəlib. "Beşiktaş" görüşdə məğlubiyyətdən son anda xilas olub. Qarşılaşma 2:2 hesab ilə başa çatıb.

Renat da bu görüşün iştirakçısı olub. 24 yaşlı hücumçu 72-ci dəqiqədə Karlos Strandberqin əvəzinə meydana daxil olub.

Qeyd edək ki, "Hatayspor" sona 1 tur qalmış turnir cədvəlində  38 xalla17-cidir. 56 xalı olan "Beşiktaş" isə 5-ci pillədə qərarlaşır.

"Beşiktaş" - "Hatayspor" - 2:2

Qollar: Fernandeş, 50, Abubakar, 90+7-pen. - Matondo, 26, Dele-Başiru, 55

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin