Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi

Hazırda oxunan: Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi

192784

Azərbaycan cüdoçularının Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə böyüklər arasında keçiriləcək dünya çempionatında rəqibləri müəyyənləşib. 

Bizim.Media xəbər verir ki, bu gün yarışın püşkü atılıb. Püşk nəticəsində cüdoçularımızın ilk rəqibləri bəlli olub:

Qadınlar

48 kq

Leyla Əliyeva – Kristina Dudina (Fərdi Neytral İdmançılar)

57 kq

Acelya Toprak – Bayit Kussakbayeva (Qazaxıstan)

Kişilər

60 kq

Balabəy Ağayev – Muhammadsoleh Quvatov (Tacikistan) / Miçel Avqusto (Braziliya) görüşünün qalibi ilə

Turan Bayramov – Ariunbold Enxtayvan (Monqolustan)

66 kq

Yaşar Nəcəfov – Vilcar Lipard (Estoniya) / Baul An (Cənubi Koreya) görüşünün qalibi ilə
Kamran Süleymanov – Mohamed Abdelmavqoud (Misir)

73 kq

Hidayət Heydərov – Akil Qyakova (Kosovo) / Faye Ncye (Qambiya) görüşünün qalibi ilə

81 kq

Zelim Tçkayev – Antonio Espozito (İtaliya)

90 kq

Elcan Hacıyev – Eduard Trippel (Almaniya)

Vüqar Talıbov – Con Cayne (ABŞ)

100 kq

Zelim Kotsoyev – Pyotr Kukzera (Polşa) / Yonqhon Von (Cənubi Koreya) görüşünün qalibi ilə

Qeyd edək ki, Azərbaycan millisi mundialda 8 çəki dərəsində 9 kişi və 2 qadın cüdoçu ilə təmsil olunacaq. Çempionatda fərdi yarışlar mayın 19-23-ü aralığında baş tutacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin