UEFA-dan Şahruddinin oynadığı kluba avrokubok cəzası

Hazırda oxunan: UEFA-dan Şahruddinin oynadığı kluba avrokubok cəzası

192666

UEFA Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi "Adana Demirspor"a 1 mövsümlük avrokubok qadağası qoyub.

Bizim.Media qurumun saytına istinadən xəbər verir ki, buna Adana təmsilçisinin 90 gündən çox gecikmiş və ödənməmiş borcları səbəb olub.

Klub qarşıdakı üç mövsümdə (2024/25, 2025/26 və 2026/27) avrokuboklara vəsiqə qazanacağı təqdirdə, UEFA-nın klub yarışında iştirak edə bilməyəcək.
Qeyd edək ki, Türkiyə Superliqasında 44 xalla 11-ci olan "Adana Demirspor"un növbəti mövsüm üçün avrokuboklara vəsiqə qazanacağı dəqiqləşib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin