Millimiz Özbəkistanda növbəti qələbəsini QAZANDI

Hazırda oxunan: Millimiz Özbəkistanda növbəti qələbəsini QAZANDI

192595

Azərbaycanın qadınlardan ibarət həndbol millisi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiyanın Açıq Çempionatında növbəti qələbəsini qazanıb. 

Bizim.Media xəbər verir ki, yığma təşkilatçı ölkənin ROPSTTM klubu ilə qarşılaşıb.

Görüş Azərbaycan təmsilçisinin 39:31 (20:18) hesablı qələbəsi ilə yekunlaşıb. Yığma ötən gün Özbəkistanın OKMK klubunu məğlub etmişdi – 30:28 (18:13).
Mayın 21-dək davam edəcək yarışda 9 komanda mübarizə aparır. Yığmamız A qrupunda növbəti matçını Qazaxıstanın ALMATA REGİON klubuna qarşı keçirəcək. Qruplarda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcəklər. Turnirə mayın 21-də yekun vurulacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin