Millimiz beynəlxalq turnirə qələbə ilə BAŞLADI

Hazırda oxunan: Millimiz beynəlxalq turnirə qələbə ilə BAŞLADI

192436

Qadın həndbolçulardan ibarət Azərbaycan yığması Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan Mərkəzi Asiyanın açıq çempionatında mübarizəyə başlayıb.

Bizim.Media xəbər verir ki, komandamız bu gün yarışda ilk oyununa çıxıb.

A qrupunda Qazaxıstanın ALMATA REGİON, Özbəkistanın ROPSTTM və OKMK klubları ilə yarışan millimiz startda qələbə qazanıb. Yığmamız OKMK-i 30:28 hesabı ilə məğlub edib.

Qeyd edək ki, çempionatda Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan yığmaları ilə yanaşı, qonşu ölkələrin klubları da iştirak edir. Qrup mərhələsində ilk iki yeri tutan komandalar yarımfinala yüksələcək. Turnirə mayın 21-də yekun vurulacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin