Azərbaycan cüdoçusu Kamran Süleymanov Qazaxıstanın paytaxtı Astanada keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb.
Bizim.Media xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü üçüncü yer uğrunda mübarizədə digər komanda yoldaşı Ruslan Paşayevlə qarşılaşıb.
Rəqibini üstələyən K.Süleymanov Azərbaycana yarışda ilk medalı qazandırıb. Kişilərin yarışında Əhməd Yusifov (60 kq) üçüncülük uğrunda görüşdə Yeldos Smetova (Qazaxıstan) uduzub.
Qadınların mübarizəsində isə Leyla Əliyeva (48 kq) türkiyəli Tucer Bederə yenilib.
Qeyd edək ki, turnirin qalibləri 1000, gümüş və bürünc medalçılar isə müvafiq olaraq 700 və 500 reytinq xalı qazanacaqlar.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
20:34 / 10.05.2024
Cüdoçumuz “Böyük Dəbilqə” turnirində bürünc medal QAZANDI
Hazırda oxunan: Cüdoçumuz “Böyük Dəbilqə” turnirində bürünc medal QAZANDI
Hazırda oxunan: Cüdoçumuz “Böyük Dəbilqə” turnirində bürünc medal QAZANDI
191456
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.