\"Barselona\" - \"Dinamo\" matçı ləğv oluna bilər

Hazırda oxunan: \"Barselona\" - \"Dinamo\" matçı ləğv oluna bilər

1911

UEFA Çempionlar Liqasının G qrupunun III turunda İspaniya "Barselona"sı ilə Ukrayna "Dinamo"su (Kiyev) arasında oyun baş tutmaya bilər.

Bizim.Media xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Məlumata görə, buna səbəb Kiyev təmsilçisində koronavirusa kütləvi yoluxma halının aşkarlanması səbəbindən UEFA-nın açıqladığı yeni qaydalara görə, matçın keçirilməsi üçün komandada biri qapıçı olmaqla, ən azı 13 əsas heyət üzvü yer almalıdır.

Qonaqlar səfər qarşılaşmasına 13 futbolçu ilə yollansalar da, onların arasında əsas komandadakı qolkiperlərin heç biri yoxdur. Bu mənada görüşün keçirilməsi sual altındadır.

Digər tərəfdən, 13 futbolçudan hər hansı biri infeksiyaya yoluxarsa, oyun mütləq ləğv olunacaq.

Qeyd edək ki, noyabrın 4-də oynanılacaq matç Bakı vaxtı ilə saat 24:00-da start götürəcək.

Bizim.Media
    

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin