“Kocaelispor”un prezidenti Ramil Şeydayevdən narazıdır

Hazırda oxunan: “Kocaelispor”un prezidenti Ramil Şeydayevdən narazıdır

190779

"Kocaelispor"un prezidenti Rəcəb Durul "Bodrumspor"a məğlubiyyətdən (0:3) sonra komandanın oyununa münasibət bildirib.

Bizim.Media xəbər verir ki, klub prezidenti Şeydayevin hücumçu kimi ümidləri doğrultmadığını vurğulayıb:

"Rəqib bizi məğlub etmək istəyirdi, amma biz bunu özümüz bacardıq. "Bodrumspor"un oyunun yaxşı təhlil edə bilmədik. Yəqin ki, onlardan bu cür oyun gözləmirdik. Onlar qələbə qazanmağı daha çox istəyirdilər. İlk hissədə fərdi səhvlərdən sonra iki qol buraxdıq. Bizim xeyrimizə iki penalti verilmədi.

Oyuna Emirin libero, Ramil Şeydayevin isə hücumçu kimi çıxması oyunumuzu zəiflətdi. Kifayət qədər qol vəziyyətləri yaratmadıq. Ramil də bu baxımdan o qədər də faydalı olmadı".

Qeyd edək ki, "Kocaelispor" 33 turdan sonra 55 xalla 6-cı pillədədir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin