“Prezidenti məyus etmədiyim üçün xoşbəxtəm...”x9d - Əfran İsmayılov

Hazırda oxunan: “Prezidenti məyus etmədiyim üçün xoşbəxtəm...”x9d - Əfran İsmayılov

190608
Xəbər verdiyimiz kimi, DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığması San-Marino üzərində 5:1 hesablı qələbə qazanıb. Bu matçda son aylarda hər kəsin tənqid hədəfinə çevirilən “Qarabağ”x9dın yarımmüdafiəçisi Əfran İsmayılov 2 qol vurmaqla diqqət çəkib.xa0

O, “Qafqazinfo”x9dya açıqlamasında prezident İlham Əliyevlə görüşün ona motivasiya verdiyini deyib: “Ölkə başçısının qəbulunda olmaq hər birimizin arzusudur. Belə bir görüşdə olarkən yaşadığımız hissləri anlamaq üçün elə bir qəbulda olmaq lazımdır. Sevindirici haldır ki, prezident mənimlə təkbətək söhbət etdi və təriflədi. Məhz bu matçlara daha yaxşı motivasiya olmağımda rol oynadı. Təbii ki, dünən vurduğum qollarda o sözlərin də motivasiyası böyük idi. Xalqımızı, prezidentimizi sevindirdiyim üçün şadam”x9d.

Əfran dünənki qələbəyə görə özünü xoşbəxt hesab etdiyini qeyd edib:

“Dövlət başçısı ilə görüşün görüntülərini hamınız izləmisiniz. Prezidentimiz bizim oyunlarımızı izləyir. Onun idmana böyük diqqəti və qayğısı var. Bunu görməmək mümkün deyil. Bizə göstərdiyi diqqət həmişə hiss olunur. Düşünürəm ki, dünənki oyuna da baxıb. Biz də onu məyus etmədiyimzi üçün xoşbəxtik”x9d.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin