Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun daha bir oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, günün ilk matçında “Zirə” “Turan Tovuz”un qonağı olub.
Qarşılaşma paytaxt klubunun qələbəsi ilə bitib – 2:1. “Qartallar”da 14-cü dəqiqədə Salifu Suma, 70-ci dəqiqədə Sezar Meza Kolli fərqlənib.
Meydan sahiblərində Fərid Nəbiyev 52-ci dəqiqədə adını tabloya yazdırıb. 90+8-ci dəqiqədə Roderik Miller birbaşa qırmızı vərəqə qalaraq “Turan Tovuz”u azlıqda qoyub.
Bu nəticədən sonra xallarının sayını 52-yə çatdıran “Zirə” ikinci pilləyə yüksəlib. Tovuz təmsilçisi 42 xalla yeddincidir.
Bu gün “Səbail” – “Qəbələ” görüşü də təşkil olunacaq.
Qeyd edək ki, ötən gün “Sumqayıt” “Kəpəz”lə heç-heçə edib – 1:0. “Qarabağ” isə “Neftçi”ni beş cavabsız qolla üstələyib. Tura mayın 6-da “Səbail” – “Qəbələ” oyunu ilə yekun vurulacaq.
Bizim.Media