Azərbaycan Şahmat Federasiyası (AŞF), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə növbəti dəfə “Baku Open - 2024” Beynəlxalq Şahmat Festivalı təşkil ediləcək.
Bizim.Media xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyası – FIDE-nin 100 illiyinə həsr edilən turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq.
İştirakçıların son siyahısı 15.06.2024-cü il tarixində müəyyən ediləcək. Bakı İdman Sarayının ev sahibliyi edəcəyi festivalın ümumi mükafat fondu 50 000 ABŞ dollarına bərabərdir.
Qeyd edək ki, iyunun 29-u start götürəcək “Baku Open - 2024” Beynəlxalq Şahmat Festivalı iyulun 7-də yekunlaşacaq. Turnirin baş hakimi AŞF-nin vitse-prezidenti Faiq Həsənov olacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
17:08 / 03.05.2024
“Baku Open - 2024” şahmat turniri bu tarixdə KEÇİRİLƏCƏK
Hazırda oxunan: “Baku Open - 2024” şahmat turniri bu tarixdə KEÇİRİLƏCƏK
Hazırda oxunan: “Baku Open - 2024” şahmat turniri bu tarixdə KEÇİRİLƏCƏK
190298
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.