Fuad Nəcəfli Naxçıvanda voleybolun inkişafı ilə MARAQLANIB – FOTO 

Hazırda oxunan: Fuad Nəcəfli Naxçıvanda voleybolun inkişafı ilə MARAQLANIB – FOTO 

189925

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli aprel ayının 30-da Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində Voleybol Federasiyası tərəfindən təşkil olunan məşqləri izləyib, yeni dönəmdə bu idman növünün inkişafı istiqamətində görülən işlərlə maraqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Naxçıvan Voleybol Federasiyası məlumat yayıb.

Naxçıvan Voleybol Federasiyasının prezidenti Vüqar Əliyev məlumat verib ki, ötən ilin sentyabr ayında yenidən təşkil olunan federasiya tərəfindən Naxçıvan və Şərur şəhərlərində peşəkar voleybol məşqləri təşkil olunur. 

Naxçıvan şəhərində 45 oğlan 65 qız, Şərurda isə 29 oğlan, 51 qız olmaqla 200 nəfərə yaxın yeniyetmə voleybolun sirlərini öyrənir. Məşqlərə əsasən 2009-2014-cü il təvəllüdlü, boy, çəki və digər kriteriyaları voleybol idman növü ilə peşəkar şəkildə məşğul olmağa imkan verən uşaq və yeniyetmələr cəlb olunub. Məşqlər tanınmış iranlı mütəxəssis, baş məşqçi Səməd Əkbərinin rəhbərliyi ilə aparılır. 


Əlavə olaraq, federasiya tərəfindən 5 nəfər məşqçi-müəllim işlə təmin olunub. İdmançılarımızın vahid elektron bazası formalaşdırılıb. Eyni zamanda şəhər və rayonların Uşaq-Gənclər İdman məktəblərində yüzlərlə uşaq və yeniyetmələrə voleybol məşqləri keçirilir. Naxçıvan Voleybol Federasiyası Uşaq-Gənclər İdman məktəblərində voleybol məşqlərinin keçirilməsinə top, tor və zəruri idman ləvazimatları sarıdan dəstək göstərir. Məşqlərin vahid proqram əsasında təşkili, məşqçi-müəllimlərin bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlər həyata keçirilir.

Mart ayında 3 oğlan, 12 qız idmançımız Azərbaycan Voleybol Federasiyası tərəfindən Bakı şəhərində milli komandaların tərkibinin müəyyənləşdirilməsi məqsədilə təşkil olunan təlim-məşq toplanışlarında iştirak edib.

Onlarla perspektivli idmançımız müxtəlif yaş qrupları üzrə Azərbaycan seçmə komandalarının tərkibinə düşməyə namizədlər sırasında göstərilir. Azərbaycan Voleybol Federasiyasının rəhbərliyinin diqqət və dəstəyi ilə bu istiqamətdə tədbirlər bundan sonra da davam etdiriləcəkdir. 


Voleybol Federasiyasının prezidenti kişilərdən ibarət “Naxçıvan” və qadınlardan ibarət “Möminə xatun” voleybol idman klublarının yaradılması və fəaliyyəti istiqamətində işlərin görüldüyünü vurğulayaraq qeyd edib ki, Naxçıvanın kişilərdən ibarət komandasının yeni mövsümdə yüksək liqa Azərbaycan çempionatında iştirakı nəzərdə tutulur. 

6-10 may tarixlərində isə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi çərçivəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönmünə həsr olunmuş yeniyetmə qızlar arasında “Heydər Əliyev kuboku” uğrunda voleybol üzrə muxtar respublika birinciliyi keçiriləcək. 
Səlahiyyətli nümayəndə Fuad Nəcəfli məşqçi-müəllimlər və idmançılarla görüşüb, öz tövsiyələrini verib. Vurğulanıb ki, dövlətimiz tərəfindən Naxçıvanda voleybol idman növünün inkişafı və potensialın üzə çıxarılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək. 

Sonda xatirə şəkli çəkdirilib.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin