PSJ rəhbərliyi baş məşqçi Luis Enrikeni komandada saxlamaqda maraqlıdır.
Bizim.Media "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi ispaniyalı mütəxəssislə müqaviləni uzatmaq istəyir.
Bildirilib ki, rəhbərlik Luis Enrike ətrafında yeni uzunmüddətli layihə qurmaq istəyir. Onun müqaviləsi 2025-ci ilin yayında başa çatır.
Yeni müqavilə imzalansa, 53 yaşlı çalışdırıcı daha çox idarəetmə variantları əldə edəcək. PSJ Fransa çempionluğunu rəsmiləşdirib və Çempionlar Liqasının yarımfinalına yüksəlib. Nəşr yazıb ki, Yeni müqavilənin imzalanması Çempionlar Liqasında iki oyunluq qarşıdurmanın nəticəsindən asılı olmayacaq.
Qeyd edək ki, Enrike 2023-cü ilin yayından Paris təmsilçisini çalışdırır.
Bizim.Media
- A-
- A
- A+
İdman
18:49 / 30.04.2024
PSJ-nin Luis Enrike QƏRARI
Hazırda oxunan: PSJ-nin Luis Enrike QƏRARI
Hazırda oxunan: PSJ-nin Luis Enrike QƏRARI
189792
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.