Yunanıstanın Rodos adasında təşkil edilən qadın şahmatçılar arasında Avropa çempionatında doqquzuncu turun oyunları keçirilib.
Bizim.Media xəbər verir ki, hesabat turunda yarışın lideri Ülviyyə Fətəliyeva Rumıniya şahmatçısı İrina Bulmaqla heç-heçə oynayıb.
Digər şahmatçılar Günay Məmmədzadə Yuliya Osmakı (Ukrayna), Səbinə İbrahimova Mitra Hecazipuru (Fransa), Ləman Hacıyeva Marta Dakiçi (Serbiya), Ayan Allahverdiyeva isə Mariya-Anna Stefanidi (Yunanıstan) məğlub edib.
Təmsilçilərimizdən Xanım Balayeva, Gövhər Beydullayeva, Nərmin Abdinova 9-cu turu bərabərliklə başa vurublar, Gülnar Məmmədova isə məğlub olub.
Bu gün Avropa çempionatında son turun partiyaları oynanılacaq.
Doqquz turdan sonra aktivində 8 xalı olan Ü. Fətəliyeva turnir cədvəlinə başçılıq edir. Ən yaxın izləyicisini 1 xal qabaqlayan iti zəka sahibinə karyerasında ilk dəfə Avropa çempionu olmaq üçün yarım xal qazanmaq kifayət edəcək. Günay Məmmədzadə və Xanım Balacayeva müvafiq olaraq 5 və 9-cu yerlərdə qərarlaşıblar. Son turun nəticələrindən asılı olaraq, hər ikisi mükafatçılar sırasında yer ala bilər.
Bizim.Media
- A-
- A
- A+
İdman
11:08 / 29.04.2024
Şahmatçımız Avropa çempionu ola bilər: Ona yarım xal lazımdır - FOTO
Hazırda oxunan: Şahmatçımız Avropa çempionu ola bilər: Ona yarım xal lazımdır - FOTO
Hazırda oxunan: Şahmatçımız Avropa çempionu ola bilər: Ona yarım xal lazımdır - FOTO
189517
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.