Futbol üzrə Azərbaycan Premyer Liqasını tərk edəcək komanda müəyyənləşib.
Bizim.Media xəbər verir ki, "Qəbələ" elita ilə vidalaşmalı olacaq.
XXXII turda evdə "Kəpəz"ə 0:1 hesabı ilə uduzan "qırmızı-qaralar"ın çempionatda sonuncu – onuncu olacağı dəqiqləşib. Görüşdə yeganə qolu 7-ci dəqiqədə Martins Junior vurub.
"Kəpəz" sona dörd tur qalmış xallarının sayını 34-ə çatdırıb və hələlik 8-ci pilləyə yüksəlib. "Qəbələ"nin 17 xalı var.
Qeyd edək ki, XXXII turun "Neftçi" - "Turan Tovuz" və "Sumqayıt" - "Qarabağ" matçları bu gün keçiriləcək.
Tura aprelin 29-da "Zirə" - "Araz-Naxçıvan" görüşü ilə yekun vurulacaq. Ötən gün "Sabah" "Səbail"i iki cavabsız qolla üstələyib.
Bizim.Media
- A-
- A
- A+
İdman
17:54 / 28.04.2024
"Qəbələ" Azərbaycan Premyer Liqasını tərk edəcək
Hazırda oxunan: "Qəbələ" Azərbaycan Premyer Liqasını tərk edəcək
Hazırda oxunan: "Qəbələ" Azərbaycan Premyer Liqasını tərk edəcək
189424
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.