Şahmat tacının sahibi 2,5 milyon dollar qazanacaq

Hazırda oxunan: Şahmat tacının sahibi 2,5 milyon dollar qazanacaq

189326

2024-cü ildə dünya çempionu titul uğrunda yarışın mükafat fondu 2,5 milyon dollar təşkil edəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyası (FİDE) press-reliz yayıb.

FİDE turnirin keçirilməsi ilə bağlı təşkilatçılıq tenderi elan edib. Tədbirin minimum büdcəsi 8,5 milyon dollar təşkil edəcək. FİDE-də təmsil olunmaq hüququ 1,5 milyon dollar olacaq.

Qeyd edək ki, şahmat tacı uğrunda turnir noyabrın 20-dən dekabrın15-dək davam edəcək. Həlledici görüşdə çinli Di Lijen və hindistanlı Qukeş Dommarudja qarşılaşacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin