“Liverpul”un ulduzu Məhəmməd Salah və Yurgen Klopp arasında qalmaqal yaşanıb.
Bizim.Media xəbər verir ki, hadisədə “Vest Hem” – “Liverpul” (2:2) matçının sonlarında baş verib.
Salah matçın 79-cu dəqiqəsində meydana daxil olmağa hazırlaşarkən Kloppla söz davasını çıxıb. Misirli futbolçunu komanda yoldaşları Darvin Nunyes və Co Qomes sakitləşdiriblər.
Oyundan sonra tərəflər hadisə ilə bağlı açıqlama veriblər. Məhəmməd Salah: “Əgər bu gün məsələ haqqında danışsam ortalıq alovlanacaq”. Yurgen Klopp: “Soyunub geyinmə otağında danışdıq. Məsələ mənim üçün bağlanıb”.
Qeyd edək ki, “Liverpul” növbəti dəfə xal itirərək, çempionluq yarışında ağır zərbə alıb.
Rəşad Rafiqoğlu, Bizim.Media