xa0Xəbər verdiyimiz kimi, Ağdamın “Qarabağ”x9d komandası xa0UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubudur. Bu hadisə bütün Azərbaycan xalqını sevindirib.Ölkəmizin tanınmış futbol mütəxəssisləri xa0mövzu ilə bağlı Moderator.az-a açıqlama veriblər.
xa0Futbol mütəxəssisi Həsən Abdullayev bildirib ki, bu, bütün dünyada xa0böyük marağa səbəb olan qələbədir. Ona görə ki, komandanın xa0adı “Qarabağ”x9ddır. Oyunun gedişi haqqında onu deyə bilərəm ki, komandanın hücum xətti zəif idi. Hesab bərabərləşdikdən sonra oyunçular arxayın düşdü və müdafiə xətti də zəiflədi. Komandamız ikinci qolu buraxmaya bilərdi. Amma mən bu məğlubiyyəti də qələbə sayıram. Çünki Dino Ndlovun vurduğu qol bizi qələbəyə aparan yol idi. Qurban Qurbanov Azərbaycan futbolunda məşqçi kimi öz sözünü dedi. Onun zəhməti hədər getmədi və öz bəhrəsini verdi.
xa0 Korner.az saytının təsisçisi Saleh Arslan isə sevincdən danışmaqda çətinlik çəkdiyini bildirib. “Qarabağ”x9d Azərbaycan futbolunda böyük tarix yazdı. Bu gün Azərbaycan futboluna qızıl hərflərlə yazılmalıdır və yazılacaq da. İllər əvvəl “Neftçi”x9dnin başlatdığı "təkzolaqlı" yolu “Qarabağ" "avtomagistral"a çevirdi. Bu qələbəyə, bu sevincə çox ehtiyacımız var idi və şükürlər olsun, Qurban Qurbanov bunu bizə yaşatdı!”x9d ”“ Saleh Arslan belə deyib.

































































































