Ramil Quliyev hərbi salam verməsinin səbəbini açıqladı

Hazırda oxunan: Ramil Quliyev hərbi salam verməsinin səbəbini açıqladı

189205
Türkiyəni təmsil edən yüngül atletika üzrə dünya çempionu Ramil Quliyev mükafatlandırma mərasimindən əvvəl İstiqlal marşı oxunan zaman hərbi salam verməsinin səbəbini açıqlayıb.

Axar.az xəbər verir ki, idmançı bunu Türkiyədə PKK terrorçuları tərəfindən öldürülən 15 yaşlı Ərən Bülbülün şəhid olmasına görə etdiyini bildirib.

“Mükafatlandırma mərasimindən əvvəl terrorçuların 15 yaşındakı qardaşımızı şəhid etdiyini öyrəndim. Bu, çox üzücü xəbər idi. Bütün dünyanın diqqətini çəkmək üçün əsgər salamı verdim. Qazandığım medalı onun xatirəsinə həsr etdim”x9d, - Ramil Quliyev deyib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyəni təmsil edən azərbaycanlı idmançı Ramil Quliyev Londonda keçirilən yüngül atletika yarışında dünya çempionu adını qazanmışdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin