"İlk oyunun nəticəsi hər iki komandaya təsir göstərdi. İkinci hissə daha maraqlı keçdi. Qol vəziyyətləri çox oldu. Bu oyunda əvvəlki matçlarda özlərini göstərə bilməyən futbolçulara şans verdim".
Bizim.Media xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan kubokunun yarımfinalında "Qarabağ"a 1:4 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları cavab görüşündən sonra mətbuat konfransında deyib.
O, müdafiədəki problemlərlə bağlı bildirib:
"Məsələ tək müdafiə ilə bağlı deyil. Bütün komanda yaxşı müdafiə olunmur. Bu istiqamətdə işləyirik. Qarşıda beş oyun var. Nəticəyə fokuslanmalı və istədiyimiz yeri tutmalıyıq".
Mütəxəssis komandanın futbolçusu Ağadadaş Salyanski haqda müsbət fikirlər səsləndirib:
"Biz onu əsas heyətə götürməyə cəhd edirik. Bu gün yaxşı oynadı, yaxşı ötürmələri var idi. Sevinirəm ki, "Neftçi"nin bu cür yetirməsi var və inanıram ki, faydalı olacaq".
Bizim.Media
- A-
- A
- A+
İdman
00:47 / 25.04.2024
"Nəticəyə fokuslanmalı və istədiyimiz yeri tutmalıyıq" - Miodraq Bojoviç
Hazırda oxunan: "Nəticəyə fokuslanmalı və istədiyimiz yeri tutmalıyıq" - Miodraq Bojoviç
Hazırda oxunan: "Nəticəyə fokuslanmalı və istədiyimiz yeri tutmalıyıq" - Miodraq Bojoviç
188864
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.