"Liverpul"un futbolçusu Dioqo Jota zədələnib.
Bizim.Media xəbər verir ki, 27 yaşlı hücumçu İngiltərə Premyer Liqanın 34-cü turunun "Fulhem"lə oyununda (3:1) sıradan çıxıb.
Portuqaliyalı futbolçu zədə səbəbindən 2 həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu haqda komandanın baş məşqçisi Yurgen Klopp danışıb. O deyib:
"Dioqo qol narahatlıq hiss etdi. Biz bilirik ki, bu, narahatlıqdan daha ciddi bir şeydir. O, ən az 2 həftə yaşıl meydanlardan kənarda qalacaq".
Qeyd edək ki, bu mövsüm Jota "Liverpul"un heyətində 32 oyun keçirib, 15 qol vurub və 4 qolun ötürməsini verib.
Bizim.Media
- A-
- A
- A+
İdman
03:41 / 24.04.2024
"Liverpul"da ciddi itki
Hazırda oxunan: "Liverpul"da ciddi itki
Hazırda oxunan: "Liverpul"da ciddi itki
188679
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.