PSJ "Barselona"nın futbolçusu Lamin Yamalı heyətinə qatmaqda israrlıdır. 
Bizim.Media xəbər verir ki, bu barədə Fransanın “Le Parisien” nəşri məlumat yayıb. 
PSJ “Barselona”nın gənc vingeri üçün 200 milyon avro ödəməyə hazırdır. Yamal Fransa klubunun qarşıdan gələn transfer pəncərəsi üçün əsas hədəfləri siyahısındadır. PSJ onu yayda komandanı tərk edəcəyi gözlənilən Killian Mbappenin əvəzləyicisi kimi görür. 
Qeyd edək ki, “Barselona”nın 16 yaşlı yetirməsi bu mövsüm 44 matça çıxıb, 6 qol vurub və 4 qol ötürməsi edib. L. Yamalın İspaniya klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Bizim.Media
 

- A-
- A
- A+
İdman
							22:25 / 23.04.2024
							
						PSJ “Barselona”nın ulduzuna görə 200 milyon avro ödəməyə hazırdır
						
							
								Hazırda oxunan: PSJ “Barselona”nın ulduzuna görə 200 milyon avro ödəməyə hazırdır							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: PSJ “Barselona”nın ulduzuna görə 200 milyon avro ödəməyə hazırdır							
						188665
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































