Serbiyanın paytaxtı Belqradda boks üzrə Avropa çempionatı davam edir.
Bizim.Media xəbər verir ki, yarışın 5-ci günündə Azərbaycan millisinin daha 3 üzvü çıxışını qələbə ilə başa vurub.
Zeynəb Rəhimova (52 kq) 1/8 finalda Nikola Primaçenkonu (Polşa) sınağa çəkib. Hər 3 raundda üstün olan boksçumuz yekunda 5:0 (29:28, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb.
O, aprelin 23-də Venelina Poptoleva (Bolqarıstan) ilə döyüşəcək.
Məhsəti Həmzəyeva da ilk qarşılaşmasını aktivinə yazıb. 57 kq-da çıxış edən idmançı 1/8 finalda Rebeka Dobosu (Macarıstan) məğlub edib – 5:0 (30:27, 30:27, 30:26, 30:25, 30:27). Həmzəyeva 1/4 finalda Svetlana Kamenova (Bolqarıstan) ilə üz-üzə gələcək. Görüş aprelin 23-nə təsadüf edəcək.
Yığmamızın lideri Alfonso Dominqes (92 kq) isə adını yarımfinala yazdırıb. Dünya çempionumuz 1/4 finalda isralilli Yan Zaka 4:3 hesabı ilə qalib gəlib. O, yarımfinala vəsiqə ilə özü üçün azı bürünc medalı təmin edib. Dominqes növbəti görüşünü aprelin 25-də keçirəcək.
Qeyd edək ki, bu gün Anaxanım İsmayılova (48 kq) da Lusine Gevorqyanı (Ermənistan) mübarizədən kənarlaşdıraraq 1/4 finalda iştirak hüququ qazanıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
22:54 / 22.04.2024
Avropa çempionatı: Üç boksçumuz növbəti mərhələdə
Hazırda oxunan: Avropa çempionatı: Üç boksçumuz növbəti mərhələdə
Hazırda oxunan: Avropa çempionatı: Üç boksçumuz növbəti mərhələdə
188469
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.