Kişi voleybolçuların Yüksək Liqasında bu mövsümün son oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan həlledici matçda “Azərreyl” və “Murov Az Terminal” görüşüb.
Qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə bitdiyi üçün "qızıl set" oynanılıb. Burada daha dəqiq çıxış edən birincilər yekunda 3:2 (29:27, 25:27, 19:25, 32:30, 15:13) hesablı qələbə qazanıblar.
Bununla da “Azərreyl” tarixində ilk dəfə 2023-2024-cü illər mövsümünün qızıl medallarına sahib çıxaraq Azərbaycan çempionu olub.
Qeyd edək ki, Yüksək Liqada bürünc medalları MOİK-ə 3:0 hesabı ilə qalib gələn “Neftçi” əldə edib.
Bizim.Media