Azərbaycan Premyer Liqasının XXXI turunun növbəti oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən matçda “Kəpəz” “Sabah”la üz-üzə gəlib.
Oyun “Sabah”ın 1:2 hesablı qələbəsi ilə başa çatıb.
12-ci dəqiqədə hesabı Kahim Parris açıb. 34-cü dəqiqədə isə İshak Belfodil fərqlənməyi bacarıb.
“Kəpəz”in heyətində Olavale Onanuqa 61-ci dəqiqədə adını tabloya yazdırıb.
Qeyd edək ki, tura “Araz-Naxçıvan” – “Səbail” görüşü ilə yekun vurulacaq.
Bizim.Media